Suriya İranın ABŞ bazasına hücum xəbərini təkzib edib
Suriyalı hərbi rəsmi İran mediasının İraqla sərhəd bölgəsində yerləşən Ət-Tənf hərbi bazasına raket hücumu edilməsi ilə bağlı yaydığı xəbərləri təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Ət-Tənf bazasının hücuma məruz qaldığını və ya bombalandığını inkar edirik. Bundan əlavə, hazırda həmin obyektdə ABŞ hərbçilərinin mövcudluğu yoxdur”, – deyə rəsmi bildirib.
Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 15-də İranda ABŞ bombardmanı nəticəsində 7 hərbçinin öldüyünü iddia edərək, buna cavab olaraq Ət-Tənfdəki ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzinə zərbə endirdiyini açıqlamışdı.
19:48 17.07.2026
Oxunuş sayı: 49