Alaqaranlıqdan qaranlığa: Sevastopolda elektrik böhranı böyüyür
Rusiyanın nəzarəti altında olan Ukraynanın Sevastopol şəhərindı elektrik təchizatı ilə bağlı vəziyyət daha da çətinləşib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, enerji gücünün çatışmazlığı səbəbindən elektrik enerjisinin verilməsinə əlavə məhdudiyyətlər tətbiq edilib.
Bundan əvvəl şəhərdə 2 saat işıq, 6 saat elektriksiz rejimi tətbiq olunmuşdu. Lakin mövcud gücün kəskin azalması və Krımın enerji sistemində balansın qorunması zərurəti səbəbindən bu rejimdən də imtina edilib.
19:40 17.07.2026
Oxunuş sayı: 55