İran: Bu, bölgəni müharibəyə sürükləyir
İran qonşu Fars körfəzi ölkələrini ABŞ-nin hərbi əməliyyatları üçün öz əraziləri və hava məkanından istifadəyə son qoymağa çağırıb.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib ki, rəsmi Tehran region ölkələrinə xəbərdarlıq edərək, ABŞ qüvvələrinin İran əleyhinə hücumlar üçün onların ərazilərindən və hava məkanından istifadə etməsinə dərhal son verilməsini tələb edib.
Bəyanatda həmçinin qeyd olunub ki, Vaşinqton ikitərəfli Anlaşma Memorandumunun şərtlərini pozub. İran XİN vurğulayıb ki, ABŞ qüvvələrinə göstərilən dəstək bölgədə münaqişənin daha da dərinləşməsinə səbəb olur və qonşu dövlətlər arasında etimadı sarsıtmağa yönəlmiş ABŞ-İsrail planlarına xidmət edir.
18:28 17.07.2026
Oxunuş sayı: 65