Zelenski Klimenkoya yeni vəzifə təklif edib
Ukraynanın keçmiş daxili işlər naziri İqor Klimenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi təyin oluna bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝İnsider UA˝ məlumat yayıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu vəzifəni Klimenkoya təklif edib. Onun təyinatı ilə bağlı müvafiq fərmanın hazırlandığı bildirilir.
18:20 17.07.2026
Oxunuş sayı: 55