Rusiyada Z-bloger İlya Remeslo saxlanılıb
Rusiyada Z-bloger İlya Remeslo saxlanılıb. Ona qarşı Rusiya ordusu barədə "yalan məlumat yaymaq" ittihamı irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, sosial şəbəkələrdə İlya Remeslonun saxlanılma anını əks etdirən videogörüntülər yayılıb.
Məlumata görə, Remesloya qarşı Rusiya Silahlı Qüvvələri haqqında "saxta məlumatlar yaymaq" maddəsi ilə cinayət işi açılıb.
Bildirilir ki, bloger bundan əvvəl Rusiya vətəndaşlarını ölkəni tərk etməyə çağırmışdı.
İlya Remeslo əvvəllər "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinovun tərəfdarlarından biri kimi tanınıb.
Rəsmi qurumlar hələlik saxlanılmanın detalları və irəli sürülən ittihamlarla bağlı əlavə açıqlama verməyiblər.
18:01 17.07.2026
Oxunuş sayı: 62