Türkiyə Aİ-nin “Made in EU” siyasətinə tam inteqrasiyasını dəstəkləyən yanaşmanı alqışlayıb
Türkiyənin ticarət naziri Ömər Bolat Avropa avtomobil istehsalçıları ilə görüşdə ölkəsinin Avropa İttifaqının “Made in EU” siyasətinə tam və qeyd-şərtsiz daxil edilməsini nəzərdə tutan yanaşmadan məmnunluğunu ifadə edib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat bu barədə Belçikanın paytaxtı Brüsseldə keçirdiyi görüşlərdən sonra X sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, Avropanın aparıcı avtomobil istehsalçıları ilə keçirilən görüşdə Türkiyənin Avropa İttifaqının “Made in EU” siyasətinə tam və qeyd-şərtsiz inteqrasiyasını dəstəkləyən ümumi yanaşma müsbət qiymətləndirilib.
Ömər Bolat bildirib ki, bu yanaşma Türkiyə ilə Avropa İttifaqı arasında sənaye və ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir görüşlərin məhsuldar keçdiyini vurğulayaraq, Türkiyənin Avropa istehsal zəncirində rolunun daha da gücləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.
17:57 17.07.2026
Oxunuş sayı: 63