Rusiyada Tacikistana yanacaq ixracına görə narazılıq artır
Rusiyanın KİV-lərində və sosial şəbəkələrində ölkə daxilində ciddi yanacaq çatışmazlığı fonunda Tacikistana yanacaq ixracının davam etməsi ilə bağlı ictimai narazılığın kəskin artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, vətəndaşlar və analitiklər ölkə daxilində sərt məhdudiyyətlərin tətbiq olunduğu bir vaxtda dövlətin xarici tərəfdaşları qarşısındakı öhdəliklərinin daxili tələbatdan üstün tutulmasına etiraz edirlər.
Gömrük statistikasına görə, 2026-cı ilin ilk yarısında Tacikistan neft məhsullarının idxalını 35,9 min ton artırıb. Bu həcmin 91,1 faizini Rusiya təmin edib.
Sosial şəbəkələrdə narazılığın artmasına səbəb olan məqamlardan biri də Rusiyanın bəzi çatışmazlıq yaşanan bölgələrində yanacağın bahalaşdığı halda, Rusiya benzininin Düşənbədə bəzən daha ucuz satılması ilə bağlı iddialardır.
17:56 17.07.2026
Oxunuş sayı: 63