Türkiyə və Qazaxıstan DİN rəhbərləri təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər
Türkiyə və Qazaxıstanın daxili işlər nazirləri videokonfrans formatında keçirilən görüşdə təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın müavini Mehmet Aktaş Çiftçi və Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov videokonfrans vasitəsilə danışıqlar aparıblar.
Görüş zamanı təhlükəsizlik və ictimai asayiş sahəsində əməkdaşlıq, eləcə də polis, jandarma və sahil mühafizəsi qurumları arasında birgə fəaliyyət məsələləri müzakirə olunub.
Tərəflər həmçinin sentyabr ayında Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin daxili işlər nazirlərinin 3-cü iclasına hazırlıq prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bildirilib ki, görüşdə TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı koordinasiyanın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
17:51 17.07.2026
Oxunuş sayı: 50