Parlament məscidində xüsusi an: Daxili işlər naziri namaza rəhbərlik etdi
Türkiyənin daxili işlər naziri parlament məscidində imamlıq etdi
Crossmedia.az xəbər verir ki, Quran hafizi olan Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi parlament məscidində keçirilən gecə namazında (işa namazı) imam kimi çıxış edib.
Nazir deputatlar və dövlət qulluqçularının iştirakı ilə keçirilən namaz zamanı ənənəyə uyğun olaraq “Əmənər-Rəsulu” ayələrini oxuyub.
Türkiyə parlamentinin məscidi deputatların, parlament əməkdaşlarının və dövlət qulluqçularının birgə ibadəti üçün mütəmadi olaraq istifadə olunur.
17:52 17.07.2026
Oxunuş sayı: 48