İsraildə qərar: Netanyahu və ailəsi ömürlük qorunacaq
İsrailin Baş naziri Binyamin Netanyahu üçün Ümumi Təhlükəsizlik Xidməti (Şin Bet) tərəfindən ömürlük dövlət mühafizəsinin təmin olunması barədə qərar qəbul edilib.
Crossmedia.az xəbər verir ki, qərara əsasən, Baş nazirin həyat yoldaşı Sara Netanyahu üçün qoruma xidməti onun həyat yoldaşının sağ olduğu müddət ərzində qüvvədə olacaq. Onların oğulları Avner və Yair Netanyahular isə ən azı daha beş il müddətində dövlət mühafizəsi altında olacaqlar.
Qeyd olunur ki, bu təhlükəsizlik tədbirləri parlament seçkilərinin nəticəsindən asılı olmayaraq qüvvəyə minib.
17:46 17.07.2026
Oxunuş sayı: 43