KİV: Ukrayna pilotsuz aparat texnologiyalarını xaricə ixrac edir
Ukrayna müharibə zamanı qazandığı təcrübədən istifadə edərək pilotsuz uçuş aparatlarını xarici tərəfdaşlara satır, onlara məsləhətlər verir və birgə istehsal xətləri yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
Məqalədə bildirilir ki, Ukrayna müharibə ərzində Rusiyanın hər bir yeni texnoloji yeniliyinə qarşı effektiv əks-tədbirlər hazırlamağı öyrənib. Nəşr Rusiyanın tətbiq etdiyi yeniliklər arasında FPV pilotsuz aparatları, reaktiv mühərrikli dronlar və optik liflə idarə olunan pilotsuz sistemləri qeyd edir.
Pilotsuz aparat istehsalçısı General Cherry şirkətinin direktorı Stanislav Qrişin bildirib ki, Ukrayna bu sahədə böyük təcrübə qazanıb.
"Ukrayna çox ağır və qanlı təcrübə əldə edib", – deyə o vurğulayıb.
Şirkət nümayəndələrinin sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələrdə istifadə olunan pilotsuz sistemlər də Ukrayna üçün yeni texnologiya hesab edilmir.
General Cherry şirkətinin mətbuat katibi Marko Kuşnir bildirib ki, həmin bölgədə tətbiq olunan taktika və strategiyalar Ukraynada bir-iki il əvvəl istifadə edilən metodlardır.
"Onlar Ukraynada bir və ya iki il əvvəl işləyən taktika və strategiyalardan istifadə edirlər. Pilotsuz aparatlar və onları zərərsizləşdirən sistemlər sahəsində yeni texnologiyaların əksəriyyəti artıq bizdən çıxır, bizə qarşı tətbiq edilmir", – deyə Kuşnir bildirib.
17:34 17.07.2026
Oxunuş sayı: 54