E vitamini ilə zəngin 5 məhsul açıqlandı: Günəbaxan tumunu belə geridə qoyurlar
E vitamini ilə zəngin qidalar orqanizmi sərbəst radikalların təsirindən qorumağa, ürək-damar və immun sisteminin fəaliyyətini dəstəkləməyə kömək edir.
Crossmedia.az xəbər verir ki, "Health" nəşri E vitamini baxımından ən zəngin məhsulların siyahısını təqdim edib.
Məlumata görə, 28 qram günəbaxan tumunda 7,4 mq E vitamini olsa da, bəzi bitki yağları bu göstəriciyə görə onu geridə qoyur.
Siyahıya birinci buğda rüşeymi yağı başçılıq edir. Bir xörək qaşığı bu yağda 20,3 mq E vitamini var ki, bu da gündəlik tələbatın 134 faizini qarşılayır.
İkinci yerdə fındıq yağı (6,4 mq), üçüncü yerdə isə günəbaxan yağı (5,5 mq) qərarlaşıb. İlk beşliyə həmçinin badam yağı (5,3 mq) və pambıq yağı (4,8 mq) daxildir.
Mütəxəssislər bildirirlər ki, buğda rüşeymi, fındıq və badam yağlarını yüksək temperaturda istifadə etmək tövsiyə olunmur. Onların faydalı xüsusiyyətlərini qorumaq üçün bu yağları salatlara və hazır yeməklərə əlavə etmək daha məqsədəuyğundur.
Həkimlər E vitamininin hüceyrələri zədələnmədən qoruduğunu, immun sistemini gücləndirdiyini və ürək sağlamlığının qorunmasına töhfə verdiyini vurğulayırlar.
08:50 18.07.2026
Oxunuş sayı: 68