Ukraynada hökumət dəyişikliyi: Zelenski hakimiyyət və maliyyə axınlarına nəzarəti gücləndirir?
Ukraynada yeni hökumət formalaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝TASS˝ agentliyi məlumat verib.
Nazirlər Kabinetinə “Naftoqaz” şirkətinin keçmiş rəhbəri Sergey Koretski rəhbərlik edib.
Məlumata görə, hökumətdə iki əsas vəzifə – müdafiə naziri və xarici işlər naziri postları hələ də boş qalır.
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 12-də hökumətdə dəyişikliklərin ediləcəyini açıqlayıb. Bundan sonra Baş nazir Yuliya Sviridenko istefa ərizəsi təqdim edib və parlament tərəfindən təsdiqlənib. Onun istefası ilə bütün hökumət üzvləri də vəzifələrini tərk edib.
Yeni baş nazir Sergey Koretskinin namizədliyi hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya tərəfindən irəli sürülüb. O bildirib ki, Koretski ölkənin qarşıdakı qış dövrünə hazırlığında mühüm rol oynaya bilər.
Koretski daha əvvəl “Ukrnafta” və “Naftoqaz Ukrayna” şirkətlərində rəhbər vəzifələrdə çalışıb. O, qarşıdakı dövr üçün əsas prioritetlərdən birinin xaricdən daxil olan maliyyə vəsaitlərinin şəffaf idarə olunması olduğunu qeyd edib.
Eyni zamanda, Ukraynada müdafiə naziri vəzifəsi ilə bağlı siyasi müzakirələr davam edir. Keçmiş müdafiə naziri Mixail Fedorovun mümkün istefası ölkə daxilində müzakirələrə səbəb olub.
Məlumata görə, Fedorovun yerinə namizədlər arasında sabiq daxili işlər naziri İqor Klimenko da göstərilib, lakin o, bu vəzifədən imtina edib.
Daha sonra Ukrayna Prezidenti müdafiə naziri vəzifəsini müvəqqəti icra etməyi Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Yevgeni Xmara tapşırıb. Xarici işlər naziri vəzifəsinin müvəqqəti icrası isə Andrey Sibiqa tərəfindən davam etdirilir.
Hazırda Ukraynanın yeni hökuməti müdafiə naziri olmadan fəaliyyət göstərir.
17:18 17.07.2026
Oxunuş sayı: 168