Passwork Rusiya mənşəyini və FTX ilə əlaqələrini gizlədib
Özünü baş ofisi İspaniyada yerləşən Avropa korporativ parol meneceri kimi təqdim edən Passwork şirkətinin əslində Rusiyada yaradıldığı və FTX lisenziyası ilə fəaliyyət göstərən qurumla əlaqəli olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə OCCRP və "Le Monde" nəşrinin birgə araşdırmasında bildirilir.
Araşdırmaya görə, Passwork 2010-cu illərin ortalarında Rusiyanın Arxangelsk şəhərində rusiyalı sahibkarlar İlya Qarax və Andrey Pyankov tərəfindən təsis edilib. Sonradan Qərb müştərilərinin etimadını artırmaq məqsədilə şirkətin Finlandiya, BƏƏ və İspaniyada hüquqi şəxsləri qeydiyyatdan keçirilib.
Jurnalistlər iddia edirlər ki, Avropa və Rusiya strukturları hələ də sıx əlaqədədir və Rusiyadakı şirkət beynəlxalq sanksiyalar altında olan müəssisələrlə əməkdaşlıq edir.
Araşdırmada qeyd olunur ki, Passwork-un müştəriləri arasında Drezden Texniki Universiteti, İrlandiyanın Dövlət Laboratoriyası, Fransanın Orange şirkətinin törəmə müəssisəsi və Fransanın ən iri liman operatorlarından biri olan Haropa Port da var.
Araşdırma müəlliflərinin fikrincə, Passwork-un Rusiya mənşəli olması və FTX lisenziyasına malik şirkətlə əlaqələrinin mövcudluğu Avropadakı müştərilərin məlumatlarının təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır.
16:36 17.07.2026
Oxunuş sayı: 45