Rusiyada Putinin reytinqi son həftədə 5 faiz bəndi azalıb
Rusiyada keçirilən ictimai rəy sorğularına görə, Prezident Vladimir Putinin dəstək reytinqi son həftə ərzində 5 faiz bəndi azalaraq 66 faizə enib.
Crossmedia.az xəbər verir ki, FOM-un (İctimai Rəy Fondu) məlumatına əsasən, Putinin reytinqi 71 faizdən 66 faizə düşüb. Bildirilir ki, bu, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri ən aşağı göstərici, 2022-ci il səfərbərliyindən sonra isə ən kəskin həftəlik azalmadır.
Sorğuya əsasən, respondentlərin 16 faizi prezidentin fəaliyyətini mənfi qiymətləndirib. Putinə etibar etdiyini bildirənlərin payı 67 faiz, etibar etmədiyini deyənlərin payı isə 20 faiz olub.
VTsIOM-un məlumatına görə isə Putinin fəaliyyətini bəyənənlərin payı 65,1 faizə, ona etibar edənlərin göstəricisi isə 71 faizə enib.
Sorğu iştirakçılarının 19 faizi həftənin əsas hadisəsi kimi yanacaq çatışmazlığını, 18 faizi Ukraynadakı müharibəni, 14 faizi isə Rusiya ərazisinin atəşə tutulmasını göstərib.
15:06 17.07.2026
Oxunuş sayı: 54