FIFA tarixdə ilk dəfə çempionluq üzükləri təqdim edəcək
FIFA tarixdə ilk dəfə futbol üzrə dünya çempionatının qaliblərinə xüsusi çempionluq üzükləri təqdim edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ümumilikdə 2 026 ədəd çempionluq üzüyü hazırlanacaq. Onlardan 30-u dünya çempionu olacaq komandanın futbolçuları və nümayəndələrinə təqdim ediləcək.
Qalan 1 996 üzük isə dünyanın müxtəlif ölkələrində azarkeşlər üçün satışa çıxarılacaq.
FIFA qeyd edib ki, bu təşəbbüs dünya çempionatı tarixində ilk dəfə həyata keçiriləcək.
15:41 17.07.2026
Oxunuş sayı: 45