Peskov: Trampın iddiaları sübutsuz məlumatlara əsaslanır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın "Rusiyanın seçkilərə müdaxiləsi" ilə bağlı açıqlamalarını şərh edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Peskov bildirib ki, Tramp bu iddiaları irəli sürərkən "sübut olunmamış və şəxsləndirilməmiş məlumatlara" istinad edir.
Onun sözlərinə görə, Moskva ABŞ seçkilərinə müdaxilə ilə bağlı ittihamları qəbul etmir.
14:12 17.07.2026
Oxunuş sayı: 54