Çin Trampın seçkilərə müdaxilə iddialarını "uydurma və böhtan" adlandırıb
Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxilə etdiyi barədə açıqlamalarını rədd edib.
Crossmedia.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan deyib.
Diplomat Trampın ittihamlarını "tamamilə uydurma və böhtan" kimi qiymətləndirib.
Lin Tsyan, həmçinin Çinin ABŞ tərəfindən jurnalistlərə qarşı tətbiq edilən yeni viza məhdudiyyətlərinə qəti etiraz etdiyini bildirib.
Onun sözlərinə görə, Vaşinqton bu istiqamətdə addımlarını davam etdirərsə, Pekin cavab tədbirləri görəcək.
13:56 17.07.2026
Oxunuş sayı: 57