Deputat: Zelenskinin Ofisi yenidən NABU və SAP-a nəzarəti ələ keçirməyə çalışacaq
Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak Prezident Volodimir Zelenskinin Ofisinin Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğuna nəzarəti ələ keçirmək üçün yenidən cəhd göstərəcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Yaroslav Jeleznyakın sözlərinə görə, Zelenskinin ətrafı Mixail Fedorovun dəstəyinə keçirilən etiraz aksiyalarına reaksiyanın zəif olduğunu nəzərə alaraq antikorrupsiya qurumlarına qarşı təzyiqləri bərpa edə bilər.
Deputat hesab edir ki, Ukrayna hakimiyyəti yaxın vaxtlarda NABU və SAP-ın fəaliyyətinə nəzarəti gücləndirmək istiqamətində yeni addımlar ata bilər.
13:53 17.07.2026
Oxunuş sayı: 60