Müdafiə naziri Zelenskiyə qarşı çıxıb - İDDİA
Ukraynalı siyasətçi Viktor Medvedçuk Ukraynada əsas siyasi mübarizənin Mixail Fedorovla Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski arasında deyil, Fedorovla Prezident Volodimir Zelenski arasında getdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Viktor Medvedçuk "TASS" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynada hazırda əsas siyasi qarşıdurma ölkə rəhbərliyinə nəzarət uğrunda gedir.
Medvedçuk iddia edib ki, Zelenski üçün geri çəkilmək hakimiyyəti tamamilə itirmək və hərbi sahədəki korrupsiya maliyyə axınlarına nəzarəti başqalarına vermək deməkdir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Mixaylo Fedorovu vəzifəsindən azad edib. Bu qərar ölkədə etirazlara və geniş müzakirələrə səbəb olub.
13:24 17.07.2026
Oxunuş sayı: 64