"SpaceX" "Starship"in 13-cü sınaq uçuşunu son anda ləğv edib
ABŞ-nin "SpaceX" şirkəti "Super Heavy v3" daşıyıcı raketi ilə həyata keçirilməsi planlaşdırılan "Starship" kosmik gəmisinin 13-cü sınaq uçuşunu son anda təxirə salıb.
Crossmedia.az xəbər verir ki, buraxılış mühərriklərin işə salınması mərhələsində, starta saniyələr qalmış dayandırılıb.
"SpaceX" şirkətinin rəhbəri İlon Mask buraxılışın ləğv edilməsinə səbəb kimi mühərriklərdən birində yaranmış nasazlığı göstərib.
Şirkət sınaq uçuşunun nə vaxt yenidən həyata keçiriləcəyi ilə bağlı hələlik məlumat açıqlamayıb.
12:45 17.07.2026
Oxunuş sayı: 70