Braziliya ABŞ-yə güzəştə getməyəcək
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ-nin Braziliya məhsullarına yeni gömrük rüsumları tətbiq etməsindən sonra ölkəsinin iqtisadi və siyasi suverenliyini qorumaqda qərarlı olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Lula da Silva bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Braziliya öz suverenliyini tərəddüd etmədən müdafiə edəcək", – deyə dövlət başçısı vurğulayıb.
ABŞ dövlət katibi Marko Rubio çərşənbə günü Vaşinqtonun Braziliyadan idxal olunan məhsulların böyük hissəsinə 25 faiz gömrük rüsumu tətbiq etdiyini açıqlayıb.
Braziliyanın xarici işlər naziri Mauro Vieyra isə bildirib ki, Vaşinqton ölkəsinə ultimatum verir və Cənubi Amerika dövlətinin daxili bazarına sərbəst çıxış tələb edir.
12:53 17.07.2026
Oxunuş sayı: 56