İordaniya HHM sistemləri İranın üç raketini zərərsizləşdirib
İordaniyanın hava hücumundan müdafiə (HHM) sistemləri İran tərəfindən buraxıldığı bildirilən üç raketi havada məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə regional KİV-lər məlumat yayıb.
Məlumata görə, raketlər İordaniya hava məkanına yaxınlaşarkən HHM qüvvələri tərəfindən aşkar edilərək zərərsizləşdirilib.
Hadisə nəticəsində dağıntı və ya insan tələfatı barədə hələlik məlumat verilməyib. İordaniya rəsmiləri məsələ ilə bağlı geniş açıqlama yaymayıblar.
12:07 17.07.2026
Oxunuş sayı: 60