ABŞ-nin növbəti zərbəsi nəticəsində Çabahar limanının dispetçer qülləsi dağılıb
ABŞ-nin son bir həftədə İranın Çabahar limanına endirdiyi üçüncü zərbə nəticəsində limanın dispetçer qülləsinin dağıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, ABŞ-nin son zərbəsi nəticəsində İranın cənub-şərqində yerləşən Çabahar dəniz limanının dispetçer qülləsi tamamilə dağılıb.
Bildirilib ki, bu, son bir həftə ərzində Çabahar limanına endirilən üçüncü zərbədir.
Hücum nəticəsində insan tələfatı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

11:37 17.07.2026
Oxunuş sayı: 58