Zelenski Hakan Fidanı II dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən danışıqlardan sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanı II dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Məlumata görə, Zelenski bildirib ki, görüş zamanı sülh təşəbbüsləri, cəbhədəki vəziyyət və Ukrayna-Türkiyə münasibətləri müzakirə olunub.
Prezident qeyd edib ki, əsas mövzulardan biri azad ticarət zonası ilə bağlı əldə olunmuş razılaşmaların icrası olub. Onun sözlərinə görə, Kiyev iki ölkə arasında ticarət dövriyyəsinin artacağına ümid edir.
Zelenski Hakan Fidana səfərinə görə təşəkkür edib.
Türkiyənin xarici işlər naziri isə Ukrayna prezidentini gərginliyin azaldılması istiqamətində prosesin digər iştirakçıları ilə apardığı danışıqlar barədə məlumatlandırıb.
10:57 17.07.2026
Oxunuş sayı: 63