Ukrayna Rusiyanın "kölgə donanması"na məxsus daha 12 tankeri vurub
Ukraynanın ötən gecə Rusiyanın "kölgə donanması"na aid olduğu iddia edilən daha 12 tankeri hədəfə aldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynaya yaxın mənbələr məlumat yayıb.
Məlumata görə, son zərbələr nəticəsində Rusiyanın "kölgə donanması"na aid olduğu iddia edilən 12 tanker vurulub.
Bildirilir ki, bununla da son 12 gün ərzində məhv edildiyi iddia olunan hədəflərin ümumi sayı 159-a çatıb.
Rusiya tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
10:52 17.07.2026
Oxunuş sayı: 58