Tramp: Bu ölkələr ABŞ seçki sisteminə təsir imkanlarına malikdir
ABŞ Prezidenti Donald Tramp ölkəsinin rəqibləri olan Rusiya, Çin, İran və Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ seçki sisteminə təsir göstərə biləcək imkanlara malik olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp amerikalılara televiziya müraciəti zamanı danışıb. Məlumatı Ağ Ev yayıb.
Trampın sözlərinə görə, uzun illər ərzində ABŞ vətəndaşlarına ölkənin seçki infrastrukturunun təhlükəsizliyi ilə bağlı həqiqət söylənilməyib. O bildirib ki, bununla əlaqədar ABŞ kəşfiyyat icmasının əvvəllər məxfi saxlanılan bir sıra qiymətləndirmələri və digər hesabatlar açıqlanıb.
"Biz hesab edirik ki, ABŞ-nin rəqibləri, o cümlədən ən azı Rusiya, Çin, İran və Şimali Koreya, eləcə də qeyri-dövlət qrupları ABŞ-nin seçki infrastrukturunu komprometasiya etmək imkanına malikdirlər", – deyə Tramp hesabatdan sitat gətirib.
ABŞ Prezidenti əlavə edib ki, xarici müdaxilə baxımından ən həssas elementlər seçicilərin qeydiyyat bazaları, səsvermə siyahıları (pollbooks) və seçki komissiyalarının rəsmi internet saytlarıdır.
09:36 17.07.2026
Oxunuş sayı: 60