İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
İran ordusunun ABŞ-yə məxsus Bəhreyn, Küveyt, İordaniya və Qətərdəki hərbi bazalara pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ərəb mənbələri İranın Küveyt, Bəhreyn, İordaniya və Qətərdə yerləşən ABŞ hərbi bazalarına raket və PUA hücumlarını əks etdirən videogörüntülər yayıblar.
"Tasnim" iddia edir ki, ABŞ hərbçilərinin İraq sərhədinə raket sistemləri daşıdığı yol da İran ordusunun kütləvi hücumuna məruz qalıb. Bildirilir ki, hücum nəticəsində ABŞ ordusunun Arkanzas ştatında yerləşən 142-ci artilleriya briqadasına məxsus və Küveytdə dislokasiya olunmuş hərbi texnikaya ziyan dəyib.
Agentliyin mənbələri, həmçinin Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasında güclü partlayışların baş verdiyini və İordaniyanın şərqində yerləşən Muvaffaq əs-Sulti aviabazasına zərbələr endirildiyini iddia ediblər.
09:31 17.07.2026
Oxunuş sayı: 67