ABŞ İrana yeni zərbələr dalğasına başlayıb
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisinə qarşı yeni zərbə dalğasına başladığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu, ardıcıl beşinci gecə həyata keçirilən hücumlar seriyasıdır.
ABŞ Mərkəzi Komandanlığı əməliyyatın detalları və hədəflər barədə əlavə məlumat verməyib.
İranın mümkün zərbələrlə bağlı açıqlaması hələlik yayımlanmayıb.
23:06 16.07.2026
Oxunuş sayı: 69