KİV ABŞ-nin silah ehtiyatlarını nə vaxt doldura biləcəyini açıqladı
ABŞ ordusunun silah-sursat ehtiyatlarının tam bərpası üçün ən azı dörd il vaxt lazım ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The Hill˝ qəzeti məlumat yayıb.
Nəşrin qiymətləndirməsinə görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının ilk mərhələsi böyük həcmdə sursat sərfiyyatı ilə nəticələnib. Ehtiyatların əvvəlki səviyyəyə qaytarılması üçün Konqresin lazımi maliyyələşməni təsdiqləməsi şərtilə bu prosesin təxminən dörd il davam edə biləcəyi bildirilir.
Qəzet qeyd edir ki, İrana qarşı zərbələrin yenidən başlaması ABŞ ordusunun sursat ehtiyatlarını bərpa etməsi üçün tələb olunan müddəti daha da uzada bilər.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp 2027-ci il üçün ölkənin müdafiə büdcəsinin 1,5 trilyon dollara qədər artırılmasının vacib olduğunu bildirib.
22:50 16.07.2026
Oxunuş sayı: 61