Zelenski və Putin arasında kritik görüşə Türkiyə ev sahibliyi edə bilər
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putinin mümkün görüşünün Türkiyədə keçirilə biləcəyini istisna etməyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sibiqanın sözlərinə görə, Ankara dünyanın aparıcı diplomatik mərkəzlərindən biri hesab olunur və münaqişənin əvvəlində taxıl dəhlizinin yaradılmasına verdiyi töhfə Türkiyənin effektiv vasitəçi kimi çıxış edə biləcəyini göstərib.
Nazir bildirib ki, bu baxımdan Türkiyə liderlərin mümkün görüşü üçün ən uyğun platformalardan biri kimi görünür.
Sibiqa əlavə edib ki, Ukrayna bu ehtimalı maraqla nəzərdən keçirir və Türkiyənin belə məsuliyyətli təşkilati rolu üzərinə götürməyə hazır olmasını yüksək qiymətləndirir.
22:36 16.07.2026
Oxunuş sayı: 58