Futbol və siyasət toqquşdu: FIFA Argentina ilə bağlı araşdırmaya başlayıb
FIFA Argentina millisinin futbolçularını siyasi məzmunlu bannerə görə Dünya çempionatı başa çatana qədər cəzalandırmayacaq.
Crossmedia.az bu barədə ˝Cope˝ radiosu məlumat yayıb.
Bildirilib ki, baş verən hadisə ilə bağlı intizam işi açılacaq. Lakin məsələ üzrə qərar Dünya çempionatının final oyunundan sonra veriləcək.
Argentina millisi final qarşılaşmasında İspaniya komandası ilə üz-üzə gələcək. Matçın iyulun 19-da keçiriləcəyi qeyd olunur.
22:20 16.07.2026
Oxunuş sayı: 66