İran ABŞ prezidentinin əmlakını qanuni hədəf elan etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti ABŞ Prezidenti Donald Trampa məxsus Yaxın Şərqdəki daşınmaz əmlak obyektlərini zərbələr üçün qanuni hədəf kimi qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəyanatda qeyd olunur ki, söhbət Trampın Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında yerləşən qolf klubları və göydələnlərindən gedir.
Siyahıda Dubaydakı Tramp International Hotel & Tower, Ciddədəki Trump Plaza və Ər-Riyaddakı Tramp Tower obyektlərinin adı çəkilib.
SEPAH-ın açıqlaması Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda verilib.
19:40 16.07.2026
Oxunuş sayı: 61