Nikita Mixalkov: Bizə yuxudan ayılmaq üçün Allah tərəfindən göndərilib
Rusiyalı rejissor Nikita Mixalkov xüsusi hərbi əməliyyat barədə açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, xüsusi hərbi əməliyyatı insanların özünə gəlməsi üçün Allah tərəfindən göndərilmiş bir hadisə”hesab edir.
“Düşünürəm ki, xüsusi hərbi əməliyyat— bəlkə də bu, dəhşətli səslənir — bizə özümüzə gəlmək, bir növ yuxudan ayılmaq üçün Allah tərəfindən göndərilib. Çoxları ayıldı”, – deyə Mixalkov bildirib.
Rejissor qeyd edib ki, ölkədə bir hissə insan müharibənin iştirakçısı olduğu halda, digər hissə baş verənlərdən xəbərsiz qalmaq istəyi nümayiş etdirir.
Onun sözlərinə görə, müharibə yalnız atəş, dronlar, partlayışlar, bombalar və silahlardan ibarət deyil. Mixalkov müharibəni eyni zamanda ölkədə yaşayan insanların milli şüuru və daxili birliyi kimi qiymətləndirib.
O, Böyük Vətən müharibəsindən sonra insanların ümumi faciə, ağrı və qələbə ətrafında birləşdiyini vurğulayıb.
19:32 16.07.2026
Oxunuş sayı: 55