Sırski susqunluğu pozdu: Fedorovun gedişinə münasibət bildirdi
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Mixail Fedorovun müdafiə naziri vəzifəsindən getməsinə münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sırski qeyd edib ki, 2022-ci ildə Kiyevin müdafiəsi sayəsində Ukraynanın paytaxtı qorunub saxlanılıb və hazırda bu şəhərdə brifinqlər keçirilə, mühüm qərarlar qəbul oluna bilir.
“Azad və müstəqil Ukraynada belə tədbirlərin keçirilməsi üçün bütün səylərimi göstərəcəyəm. Bunun üçün diqqətimizi müharibəyə və hazırda konkret nəticələr nümayiş etdirən effektiv strategiyaya yönəltməliyik”, – deyə Sırski bildirib.
O, həmçinin Mixail Fedorova Ukraynanın müdafiə naziri vəzifəsində gördüyü işlərə görə təşəkkür edib və onun Ukrayna komandasında fəaliyyətini davam etdirməsini arzuladığını vurğulayıb.
19:20 16.07.2026
Oxunuş sayı: 60