Ukraynada iki əsas nazir postu sahibsiz qalıb
Ukrayna Ali Radası planlı tətilə çıxmazdan əvvəl Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbərlərini təyin edə bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.
Onun sözlərinə görə, yeni hökumətin andiçməsindən sonra Fedorov və Sibiqa artıq Ukraynanın müdafiə və xarici işlər nazirlərinin səlahiyyətlərini icra edən şəxslər hesab olunmur.
Parlamentin növbəti iclaslarında bu vəzifələrə yeni namizədlərin təyin olunacağı gözlənilir.
19:00 16.07.2026
Oxunuş sayı: 57