Avropanın təhdidi BOK-nin qərarını dəyişdirmədi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Avropa ölkələrinin təşkilatın maliyyələşdirilməsinin dayandırılması ilə bağlı xəbərdarlıq məktubuna baxmayaraq, Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakı məsələsində mövqeyini dəyişməyəcək.
Crossmedia.az xəbər verir ki, ˝Reuters˝ agentliyinə komitənin nümayəndəsi bildirib ki, BOK geosiyasi vəziyyətin mürəkkəb reallıqlarını və mümkün nəticələrini nəzərə almalıdır.
“BOK dəyərlərə əsaslanan və həqiqətən qlobal idman platformasını qorumaq missiyasına sadiq qalmalıdır”, – deyə komitə nümayəndəsi vurğulayıb.
18:08 16.07.2026
Oxunuş sayı: 58