İran ABŞ ilə memoranduma qayıtmaq üçün şərtləri açıqlayıb
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Baxşayeş Ardestani Tehranla Vaşinqton arasında imzalanmış memorandumun hazırda qüvvədə olmadığını, lakin ABŞ sənədə qayıdacağı təqdirdə İranın da buna hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Ardestani bu barədə RIA Novosti agentliyinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, mövcud şəraitdə İranın memorandum üzrə öhdəliklərini yerinə yetirməsi mümkün deyil.
"ABŞ memorandumun qüvvəsini ləğv etdi. İran da onun icrasını dayandırdığını bəyan etdi. Lakin ABŞ memoranduma qayıdaraq onun müddəalarını lazımi qaydada yerinə yetirsə, biz də sənədin şərtlərinə əməl edəcəyik", – deyə Ardestani bildirib.
17:39 16.07.2026
Oxunuş sayı: 45