Fransada meşə yanğınları 35 min hektardan çox ərazini əhatə edib
Fransada baş verən təbii yanğınlar indiyədək təxminən 35 min hektar ərazini əhatə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Le Figaro qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, bu göstərici ötən ilin bütün yanğın mövsümündə qeydə alınan rəqəmi üstələyib. Belə ki, 2025-ci ildə Fransada 15 min yanğın qeydə alınmış və təxminən 30 min hektar ərazi zərər görmüşdü.
Fransanın Mülki Müdafiə Xidmətinin rəhbəri Jülyen Marion bildirib ki, bu il ölkədə artıq 11 minə yaxın yanğın baş verib.
"Son üç həftə ərzində yanğınsöndürənlər ölkə üzrə eyni vaxtda 250-300 yanğın ocağını söndürürlər", – deyə o bildirib.
Fransa hakimiyyəti hazırda ölkənin təxminən 50 departamentində meşə yanğınlarının başvermə riskinin yüksək olduğunu açıqlayıb.
17:54 16.07.2026
Oxunuş sayı: 62