Zelenski: Klimenko müdafiə naziri postuna namizədlərdəndir
Ukrayna Prezidenti Volodimir Zelenski İqor Klimenkonun ölkənin müdafiə naziri vəzifəsinə namizədlərdən biri olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Zelenski müdafiə naziri postuna namizədlərin nəzərdən keçirildiyini və İqor Klimenkonun da həmin siyahıda yer aldığını bildirib.
Prezident müdafiə naziri vəzifəsinə təyinatla bağlı yekun qərarın daha sonra veriləcəyini qeyd edib.
17:31 16.07.2026
Oxunuş sayı: 54