Xameneinin dəfn olunduğu məqbərə kompleksində yanğın baş verib
İranın ali dini lideri Əli Xameneinin dəfn olunduğu məqbərə kompleksinin ərazisində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, yanğın kompleksi ərazisində yerləşən bitum emalatxanasında qeydə alınıb.
Hadisə yerinə məqbərənin yanğınsöndürmə bölmələri, eləcə də Məşhəd şəhərinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Məlumata görə, alov qısa müddətdə lokallaşdırılıb və tam söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar və ya ciddi dağıntılar barədə məlumat verilməyib.
16:45 16.07.2026
Oxunuş sayı: 45