Fon der Lyayen Ukraynanın yeni baş nazirini təbrik edib
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın yeni baş naziri Sergey Koretskini vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, Ursula fon der Lyayen bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Avropa Komissiyası Ukrayna ilə məhsuldar əməkdaşlığın davam edəcəyinə ümid edir.
"Sergey Koretskinin baş nazir vəzifəsinə təsdiqlənməsi münasibətilə onu təbrik edirik. Əminik ki, siz Ukraynanın transformasiya səylərinin mərkəzində Avropa inteqrasiyasını saxlayacaqsınız", – deyə paylaşımda qeyd olunub.
Fon der Lyayen əlavə edib ki, Brüssel hüququn aliliyi, energetika və iqtisadiyyatın digər əsas sahələrində islahatların həyata keçirilməsi istiqamətində Ukraynaya tam dəstək verməyə hazırdır.
16:27 16.07.2026
Oxunuş sayı: 47