Peskov: İranla təmaslar davam edir, Putinlə danışıq tələbi olmayıb
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya İranla təmaslarını davam etdirir və hazırda Tehran tərəfindən Prezident Vladimir Putinlə telefon danışığı üçün müraciət daxil olmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS"a məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya və Fars körfəzi ölkələri regionda gərginliyin növbəti dəfə artmasının dünya iqtisadiyyatı üçün ciddi risklər yaratdığını qeyd edirlər.
Peskov vurğulayıb ki, bir çox beynəlxalq münaqişələri ABŞ-də tez-tez istifadə olunan "saziş" modeli ilə həll etmək mümkün deyil. O bildirib ki, bu cür münaqişələrin nizamlanması uzunmüddətli, mürəkkəb və çoxşaxəli proses tələb edir.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya İranla müxtəlif səviyyələrdə təmaslarını davam etdirir. Bununla yanaşı, onun sözlərinə görə, İran tərəfi hələlik Prezident Vladimir Putinlə telefon danışığının keçirilməsi üçün müraciət etməyib.
16:42 16.07.2026
Oxunuş sayı: 45