Hakan Fidan: Qara dənizdə mülki hədəflərə hücumlar qəbuledilməzdir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizdə limanlara, tankerlərə və balıqçı gəmilərinə hücumları pisləyib.
Crossmedia.az xəbər verir ki, Hakan Fidan limanlara, tankerlərə və balıqçı gəmilərinə edilən hücumların, eləcə də dinc insanların həyatını təhlükə altına alan hərəkətlərin qəbuledilməz olduğunu bildirib.
Nazir Qara dənizdə mülki infrastrukturun və mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
14:54 16.07.2026
Oxunuş sayı: 51