Türkiyə MN-dən S-400 açıqlaması: İşlər davam edir
Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) Rusiyadan alınan S-400 zenit-raket kompleksləri ilə bağlı prosesin çoxşaxəli şəkildə davam etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, nazirlikdən bildirilib ki, S-400 sistemləri ilə bağlı işlər planlaşdırıldığı kimi müxtəlif istiqamətlər üzrə davam etdirilir.
Qeyd olunub ki, məsələ ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb. Bununla yanaşı, Türkiyə tərəfi S-400 proqramının ölkənin müdafiə siyasətinin mühüm tərkib hissəsi olaraq gündəmdə qaldığını vurğulayıb.
14:45 16.07.2026
Oxunuş sayı: 55