Rusiya və Ukrayna qarşılıqlı zərbələr endirib
Rusiya Kiyev və Xarkova hücumlar təşkil edib, Ukrayna isə dronlarla ilhaq olunmuş Krımı və Rusiyanın bir neçə vilayətini hədəfə alıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın raket hücumu nəticəsində Kiyevin Darnitski rayonunda anbar və onun yaxınlığında park edilmiş yük avtomobilləri yanıb. Hadisə zamanı iki nəfər həlak olub, biri uşaq olmaqla daha iki nəfər yaralanıb.
Şəhərin Svyatoşın rayonunda da anbar binasında yanğın baş verib. Bu hücum nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir.
Məlumata görə, Ukrayna isə pilotsuz uçuş aparatları ilə Rusiyanın ilhaq etdiyi Krımı, həmçinin Kursk və Belqorod vilayətlərini hədəfə alıb.
Saratov vilayətinin Engels şəhərində dron hücumu nəticəsində hərbi aerodromda yanğın baş verib. Bundan başqa, elektrik yarımstansiyasının da zərbə aldığı və şəhərdə elektrik enerjisinin verilişində fasilələrin yarandığı bildirilib.
10:38 16.07.2026
Oxunuş sayı: 67