Ukraynada 2 min qrivnalıq əskinasın dizaynı dəyişdiriləcək
Ukraynada yeni 2 min qrivna nominallı əskinasın üzərindəki yazı şrifti dəyişdiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, dəyişikliyin səbəbi istifadə olunan şriftin müəllifinin rusiyalı dizayner olması ilə bağlı yaranan assosiasiyalardır.
Məlumata görə, yeni buraxılacaq 2 min qrivnalıq əskinasda həmin şriftdən imtina ediləcək və onun əvəzinə fərqli dizayn həlli tətbiq olunacaq. Hələlik yeni əskinasın dövriyyəyə buraxılma tarixi açıqlanmayıb.
09:41 16.07.2026
Oxunuş sayı: 48