Çeçenistanda Adam Kadırovun portreti olan eksklüziv "iPhone"lar satışa çıxarıldı
Çeçenistanda Adam Kadırovun portreti ilə bəzədilmiş eksklüziv "iPhone" modelləri satışa çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Ostorojno, novosti" nəşri məlumat yayıb.
Məlumata görə, cihazın satış qiyməti 400 min rubl (təxminən 8 700 manat) təşkil edir.
Satıcı modelin premium seqmentə aid olduğunu vurğulayaraq bildirib ki, telefonun dizaynında platin örtük, karbon əlavələr və lüks sinif materiallardan istifadə olunub.
09:48 16.07.2026
Oxunuş sayı: 47