Aİ Ukraynaya dronlar üçün əlavə 1 milyard avro ayırır
Avropa Komissiyası Ukrayna üçün pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və tədarükünə əlavə 1 milyard avro vəsait ayıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.
Onun sözlərinə görə, ayrılan vəsait Avropa İttifaqının 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq hərbi maliyyələşdirmə proqramı çərçivəsində nəzərdə tutulub.
Fon der Lyayen əlavə edib ki, bu maliyyə dəstəyi Ukraynanın müdafiə imkanlarının, xüsusilə də pilotsuz uçuş aparatları sahəsinin gücləndirilməsinə yönəldiləcək.
09:39 16.07.2026
Oxunuş sayı: 51