Rusiya rekord sayda Ukrayna dronunu vurub
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gün ərzində ölkənin müxtəlif regionları üzərində 155 Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlik bildirib ki, hava hücumundan müdafiə qüvvələri pilotsuz aparatların qarşısını alıb.
Hadisələrin hansı regionlarda baş verdiyi və PUA-ların hansı obyektləri hədəf aldığı barədə əlavə məlumat verilməyib.
22:26 15.07.2026
Oxunuş sayı: 61